“unudulmaz.az” xəbər verir ki, bu haqda “Azad İran” teleqram kanalı məlumat yayıb.
Belə ki, Kərbəla hadisələrinin nümayiş olunduğu şəbeh mərasimində İmam Hüseynin atı rolunu oynayan heyvan tamaşaçıların üzərinə atılıb.
Hadisə nəticəsində 3-ü uşaq olmaqla 7 nəfər ağır yaralanıb. Yaralılardan üçünün vəziyyəti ağırdır.
Həmçinin, İmam Hüseyn rolunu oynayan aktyorun qolu və bir neçə qabırğası sınıb, vəziyyəti ağır olduğu üçün xəstəxanaya aparılıb.