“unudulmaz.az” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə yanacaq tankerinin partlaması nəticəsində baş verib. Partlayış dalğası o qədər güclü olub ki, ərazidəki bir ofis binasını və bir çox avtomobili tamamilə sıradan çıxarıb. 50-yə yaxın şəxsin yaralandığı bildirilir.
***
Son məlumatlara görə, partlayış nəticəsində xəsarət alanların sayı 80-ə çatıb.
***
Bəndər Abbas limanında baş verən partlayışda xəsarət alanların sayı 195 nəfərə çatıb.
***
İranın təcili yardım xidmətinin sözçüsü Babok Yektapərəst partlayışda yaralananların sayının 406 nəfərə çatdığını açıqlayıb.
***
Məlumata görə, partlayış zamanı 4 nəfər ölüb, xəsarət alanların sayı isə 516-ya çatıb.
***
İranın cənubundakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Məlumata görə, partlayış nəticəsində xəsarət alanların sayı 700 nəfəri ötüb.