Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“İmamoğlu işi” ilə bağlı daha 10 nəfər saxlanıldı
 
						“İmamoğlu işi” ilə bağlı daha 10 nəfər saxlanıldı
Əlavə olunub: 07.09.2025 | 14:31 | Baxılıb: 774
İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) və bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra həbs edilən Əkrəm İmamoğluna qarşı korrupsiya iddiaları ilə bağlı istintaq davam edir.

“unudulmaz.az” “Milliyet”ə istinadən xəbər verir ki, istintaq çərçivəsində daha 10 şübhəli şəxs saxlanılıb.

Bildirilir ki, saxlanılan şəxslər arasında İBB-də bəzi vəzifəli şəxslərin sürücüləri, mühasib və iş adamları var.

Xatırladaq ki, Ə. İmamoğlu “cinayətkar təşkilatın lideri olmaq”, “cinayətkar təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvət alma, fırıldaqçılıq”, “şəxsi məlumatların əldə edilməsi” ittihamları ilə həbs edilib.

Fatimə Şahverdiyeva

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.