Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İlkin şərt olmadan danışıqlara hazır olduğunu bildirdi
 
						İlkin şərt olmadan danışıqlara hazır olduğunu bildirdi
Əlavə olunub: 04.26.2025 | 18:57 | Baxılıb: 4003
Rusiya Prezidenti Vladimir Putin ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündə Moskvanın Kiyevlə ilkin şərt olmadan danışıqlara hazır olduğunu bildirib.

“unudulmaz.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Dünən Trampın nümayəndəsi Uitkoffla söhbəti zamanı Vladimir Putin Rusiya tərəfinin heç bir ilkin şərt olmadan Ukrayna ilə danışıqlar prosesini bərpa etməyə hazır olduğunu qeyd edib”, – Peskov vurğulayıb.

Xatırladaq ki, ötən gün Rusiya Prezidenti ilə ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Moskvada görüş keçirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.