Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İkinci görüşləri dəfn mərasimində oldu - Foto
 
						İkinci görüşləri dəfn mərasimində oldu 
							 - Foto
Əlavə olunub: 04.26.2025 | 14:22 | Baxılıb: 6053
ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski Vatikanda çox məhsuldar danışıqlar aparıblar.

“unudulmaz.az” “Reuters”ə istinadən xəbər verir ki, bu haqda Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çun məlumat yayıb.

“Dövlət başçıları bu gün təkbətək görüşüb və çox məhsuldar müzakirələr aparıblar”, - deyə rəsmi bildirib.

O əlavə edib ki, görüşlə bağlı daha sonra ətraflı məlumat verəcək.

Qeyd edək ki, bu gün Romada Papa Fransiskin dəfn mərasimi keçirilir.

Xatırladaq ki, Donald Tramp və Volodimir Zelenski bu ilin fevral ayında Ağ Evdə görüşüblər. Görüş zamanı liderlər arasında gərgin mübahisə yaranıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.