Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İkinci Fəxri xiyaban təmirə bağlanıb - Foto
 
						İkinci Fəxri xiyaban təmirə bağlanıb 
							 - Foto
Əlavə olunub: 07.14.2025 | 18:15 | Baxılıb: 705
Bakıda yerləşən İkinci Fəxri xiyaban iyunun 1-dən təmirə bağlanıb.

“unudulmaz.az” Teleqraf-a istinadən xəbər verir ki, bu səbəbdən hazırda xiyabana yalnız şəhidlərin ailə üzvlərinin girişinə icazə verilir.

Məlumata görə, təmir bütün xiyabanı əhatə edəcək. Vətən yolunda qəhrəmanlıqla həlak olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə üzərinə “Şəhidlər ölməz” yazısı qeyd olunacaq ümumi abidənin ucaldılması nəzərdə tutulur.

Təmir sentyabrın 27-dək başa çatacaq.

27 sentyabr - Anım Günü İkinci Fəxri xiyaban yenidən ziyarətçilərin ixtiyarına veriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.