Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.18.2025 | 16:13 | Baxılıb: 3528
Bu gün paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

“unudulmaz.az” Avtosfer.az-a istinadən xəbər verir ki, hərəkətdə olan “Hyundai Accent” markalı avtomobil 90-HO-500 dövlət nömrə nişanlı “Mercedes Gelandewagen” markalı avtomobillə toqquşub.

Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “Gelandewagen” sürücüsünün yolayırıcının keçilməsi qaydasını pozması olub.

Nəticədə “Hyundai”ya çırpılan maşın zərbənin təsirindən aşıb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə və yol infrastrukturuna maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.