“unudulmaz.az” NDTV-yə istinadən xəbər verir ki, hadisə zamanı 9 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Körpünün çökməsi nəticəsində 4 avtomobil Mahisaqar çayına düşüb.
Hadisənin təkrar yaşanmaması üçün ərazi gediş-gəlişə bağlanıb. Körpünün çökməsi səbəbi ilə bağlı araşdırma başlanılıb.
Fatimə Şahverdiyeva