Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü
 
						Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü
Əlavə olunub: 07.14.2025 | 21:15 | Baxılıb: 3959
Heydər Əliyev Fondu Xalq artisti Zaur Rzayevin müalicə xərclərini üzərinə götürüb.

“unudulmaz.az” xəbər verir ki, bu haqda deputat, ürək-damar cərrahı Rəşad Mahmudov sosial şəbəkədə yazıb.

“Azərbaycan mədəniyyətinin əvəzsiz simalarından biri, tanınmış sənətkar Zaur Rzayev hazırda xəstəxanamızda müalicə alır. Onun sağlamlığının bərpası üçün bütün imkanların səfərbər olunması dövlətimizin, xüsusilə də Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun diqqət və qayğısı ilə əhatələnib. Müalicə prosesi ilə bağlı Prezidentin köməkçisi Anar Ələkbərovun, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin (DGKTXİ) rəisi Ceyhun Məmmədovun, baş həkim Bəxtiyar Musayevin və bütün xəstəxana personalının vaxtaşırı diqqəti və qayğısı sənətə və sənətkara verilən dəyərin bariz nümunəsidir”, - o qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.