“unudulmaz.az” xəbər verir ki, onun atası tərəfindən döyüldüyü iddia olunur.
Hadisə rayonun Xındırıstan kəndində baş verib.
Belə ki, iki yaşlı R.M ağır bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, daxil olarkən azyaşlının vəziyyəti kəskin ağır olub.
Hadisəni törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məsələ ilə bağlı açıqlama yayıb.
O bildirib ki, Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən əsaslı araşdırma işləri aparılır:
“Hazırda hər iki uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müayinə və müalicələrə cəlb olunublar. Uşaqlardan birinin (3 yaşlı) vəziyyəti ağırdır, onun Bakı şəhərinə gətirilməsi ilə bağlı tədbirlər görülür.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən məsələ nəzarətə götürülüb. Mərkəzin əməkdaşları tibb müəssisəsində uşaqların yanındadırlar, səhhətləri ilə yaxından maraqlanırlar.
İlkin məlumata əsasən, hadisəni törədən valideynlər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Baş vermiş hadisə əsnasında valideynlər öz hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməklə yanaşı onların mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa və biganəliyə yol verməklə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60-cı maddəsini kobud şəkildə pozmuşlar.
Mövcud vəziyyət isə valideynlərin məsuliyyətə cəlb olunması, habelə Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə halı ilə nəticələnir”.
Ziya Əmirxanlı