“unudulmaz.az” xəbər verir ki, Dövlət Himni səsləndirildikdən sonra Dövlət Bayrağı hərbi marş sədaları altında meydanın mərkəzinə gətirilib, şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ədliyyə sahəsində həyata keçirilən uğurlu islahatlar, o cümlədən, Mühafizə alayının öz vəzifələrini bu gün də layiqincə icra etdiyi qeyd olunub.
Ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədovun təbrik və tövsiyələri gənc əsgərlərin diqqətinə çatdırılıb.
Vətənə, xalqa və dövlətə sədaqət andı içən gənc əsgərlər Ali Baş Komandanın əmrinə hər zaman hazır olduqlarını, nizam-intizamı qoruyacaqlarını bildiriblər.
Sonda şəxsi heyətin marş sədaları altında təntənəli keçidi izlənilib.