“unudulmaz.az"in məlumatına görə, M.Bozbeyoğlu və sözügedən efir prodüseri Şilan Bozyurt dünən baş verənlərdən danışıb.
Çalışdıqları kanalda bir verilişə qatılan Bozyurt bildirib ki, aparıcının istəyini yerinə yetirməzdən əvvəl efirlə bağlı hər şeyin qaydasında olduğuna əmin olmağa üstünlük verib. Bundan sonra isə öncə öz anasına, daha sonra isə Bozbeyoğlunun anasına zəng edərək vəziyyətləri ilə maraqlanıb: “İlk olaraq öz anama zəng etdim, sonra isə Meltem nömrəni göndərdikdə onun anası ilə əlaqə saxladım”.
Aparıcı, həmçinin zəlzələ zamanı anasının efiri izləmədiyini, ümumilikdə hadisə səbəbindən çox həyəcan keçirdiyini vurğulayıb.