Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əsədin atasının məzarından qalıqlarını çıxardılar - Video
 
						Əsədin atasının məzarından qalıqlarını çıxardılar 
							 - Video
Əlavə olunub: 04.28.2025 | 18:58 | Baxılıb: 6703
Naməlum şəxslər Suriyanın keçmiş prezidenti Hafiz Əsədin Latakiya əyalətinin Qardaha şəhərində məzarından qalıqlarını çıxarıblar.

“unudulmaz.az” xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.

“Bazar ertəsi sosial şəbəkələrdə fəallar keçmiş prezident Hafiz Əsədin məzarının eksqumasiyasını əks etdirən fotoşəkillər və videolar yayıblar”, - məlumatda deyilir.

Telekanalın qeyd etdiyi kimi, yayımlanan videogörüntülərdə məzarın təhqir edilməsini Latakiyada fəaliyyət göstərən silahlı qruplaşmaların üzvü olan hərbi geyimli şəxslər həyata keçirir.

Qeyd edək ki, Hafiz Əsədin məzarı ikinci dəfədir ki, vandalizmə məruz qalıb. Daha öncə 2024-cü ilin dekabrında, devrilmiş Suriya Prezidenti Bəşər Əsədin ölkəni tərk etməsindən bir neçə gün sonra baş vermişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.