Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğan zəlzələyə görə küçədə gecələyənlərə baş çəkdi - Video
 
						Ərdoğan zəlzələyə görə küçədə gecələyənlərə baş çəkdi 
							 - Video
Əlavə olunub: 04.24.2025 | 15:42 | Baxılıb: 5139
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən zəlzələdən sonra küçədə gecələyən vətəndaşlarla görüşüb.

“unudulmaz.az” “TRT Haber”ə istinadən xəbər verir ki, sakinlərlə söhbət edən Ərdoğan daha sonra uşaqlarla birgə foto çəkdirib. 

Türkiyə liderini bu səfərdə hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömer Çelik, Kağıthane bələdiyyəsinin sədri Mevlut Öztekin və digərləri müşayiət edib. 

Xatırladaq ki, aprelin 23-də İstanbulda ard-arda zəlzələlər qeydə alınıb. Zəlzələdən sonra Ərdoğan İstanbula səfər edib və burada AFAD-ın Böhran mərkəzinə baş çəkib.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.