Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğan Suriyaya qayıdan miqrantların sayını açıqladı
 
						Ərdoğan Suriyaya qayıdan miqrantların sayını açıqladı
Əlavə olunub: 04.28.2025 | 13:59 | Baxılıb: 1981
“Türkiyədə ümumilikdə 4 milyon 33 min qaçqın var”.

“unudulmaz.az” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. 

Onun sözlərinə görə, həmin şəxslərin 2 milyon 869 mini suriyalıdır. Türkiyə lideri bildirib ki, Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra 200 min suriyalı öz vətəninə qayıdıb:

“Suriyada 13,5 il davam edən zülm və qarşıldurmalar ötən il dekabrın 8-də başa çatdı. Suriyada sabitlik və təhlükəsizlik mühiti yaxşılaşdıqca geri qayıdanların sayı da artdı və 200 min nəfərə çatdı”.

Bununla yanaşı, ümumilikdə Suriyaya qayıdan qaçqınların sayının 931 min 450 nəfər təşkil etdiyi qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.