Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
 
						Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü 
							 - Fotolar
Əlavə olunub: 07.08.2025 | 17:08 | Baxılıb: 6871
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfiri Nəriman Cəlalı qəbul edib.

“unudulmaz.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qəbulda Ukraynanın Türkiyədəki səfiri etimadnaməsini Ərdoğana təqdim edib.

Türkiyə lideri, həmçinin Slovakiya, Özbəkistan və Əlcəzair səfirlərini də qəbul edib.

Xatırladaq ki, Krım Tatar Xalq Məclisi sədrinin eks-müavini Nəriman Cəlal 2021-ci ilin sentyabrında Rusiya təhlükəsizlik qüvvələri tərəfindən təxribat ittihamı ilə saxlanılıb. 2024-cü ilin iyununda əsir mübadiləsi nəticəsində azad edilib və Ukraynaya qayıdıb. Bu ilin may ayında isə Ukrayna Prezidenti Volodimir Zelenski onu ölkənin Türkiyədəki səfiri təyin edib.

Qeyd edək ki, N. Cəlal eyni zamanda jurnalist və hüquq müdafiəçisidir. O, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra yarımadada qalıb, Krım tatarlarının və ukraynalıların hüquqlarını fəal şəkildə müdafiə edib.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.