Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.05.2025 | 18:10 | Baxılıb: 8095
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersayın Türkiyə ordusunda rütbəsi artırılıb.

“unudulmaz.az”  xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Əvvəl Türkiyə ordusunda general-polkovnik rütbəsini daşıyan Bəxtiyar Ersaya Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə ordu generalı hərbi rütbəsi verilib.

Qeyd edək ki, Ersay Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb.

O, 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.