“unudulmaz.az” xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
“Mən dəfələrlə həm FTB, həm də Məxfi Xidmət tərəfindən məlumatlandırılmışam. Onlar mənə məlumat veriblər və mən bundan razıyam”, - Amerika lideri bildirib.
Lakin Tramp hüquq-mühafizə orqanlarının əməkdaşlarının həmin gün səhvlərə yol verdiklərini bəyan edib: “Onların binada adamı olmalı idi. Onlar yerli polislə əlaqə saxlamalı idilər. Edilməməli olan səhvlər edildi”.
Xatırladaq ki, 2024-cü il iyulun 13-də Tramp Pensilvaniya ştatında seçki kampaniyası mitinqində güllələnib. O, yüngül yaralanıb, qulağı zədələnib.