Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dağıstanda sudan 110 nəfər zəhərləndi
 
						Dağıstanda sudan 110 nəfər zəhərləndi
Əlavə olunub: 07.08.2025 | 11:32 | Baxılıb: 827
Dağıstanda sudan kütləvi zəhərlənmə baş verib.

“unudulmaz.az” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Bildirilib ki, hadisə Dağıstanın Maqaramkent rayonunda baş verib, əksəriyyəti uşaq olmaqla 110 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, Dağıstanın beş yaşayış məntəqəsinin - Maqaramkent, Kuysun, Gilar, Qaptsax və Verxniy Tagirkent sakinlərində bağırsaq infeksiyası halları aşkar edilib.

İlkin məlumata görə, zəhərlənmə infeksiyanın su yolu ilə ötürülməsi ilə bağlıdır.

Faktla bağlı epidemioloji araşdırmalara başlanılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.