Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.27.2025 | 14:33 | Baxılıb: 6425
Kreml Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında görüşün keçirilib-keçirilməyəcəyini şərh etməyib.

“unudulmaz.az” “İnterfaks”a istinadən xəbər verir ki, məsələ ilə bağlı jurnalistlərin sualını cavablandıran Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib:

“Biz hazırda ikitərəfli görüşlərin qrafikini hazırlayırıq, bu isə çinli dostlarımızın təşkil edəcəyi tədbirlərin tərkibinə daxil ediləcək. İşlər yekunlaşdıqda sizə məlumat verəcəyik”.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti avqustun 31-dən sentyabrın 1-nə qədər Çində keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.