Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.07.2025 | 09:23 | Baxılıb: 1629
Hazırda Bakı-Xırdalan istiqamətində qatarların hərəkətində 40 dəqiqəyədək gecikmə müşahidə edilir.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən “unudulmaz.az”ya verilən məlumata görə, gecikmələr Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədardır.

“Bu gündən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr olacaq. Sərnişinlərdən yarana biləcək müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik”, - məlumatda vurğulanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.