Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.29.2025 | 15:14 | Baxılıb: 1416
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) sentyabrın 3-ü Bakıdakı ofisini bağlayacaq.

“unudulmaz.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndəliyinin rəhbəri Dafne Mare jurnalistlərə açıqlamasında bildirib. 

Marenin sözlərinə görə, bununla belə, Azərbaycan rəhbərliyi ilə iş davam etdiriləcək və bu istiqamətdə müzakirələr davam edir. 

O xatırladıb ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətnində itkin düşənlərin taleyinin araşdırılması üçün beynəlxalq strukturlarla işin zərurəti qeyd olunub: “BQXK neytral təşkilat olaraq öz xidmətlərini təklif etməyə davam edəcək”.

Xatırladaq ki, bir müddət əvvəl BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin ölkəmizdə fəaliyyətini dayandırması ilə bağlı məlumat yayılmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.