Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.30.2025 | 09:44 | Baxılıb: 825
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və İsmayıllı rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

“unudulmaz.az” xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsi, giriş 178 ünvanında və İsmayıllı rayonu Sədiyan kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 13190 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.