Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.28.2025 | 11:59 | Baxılıb: 3442
Xəbər verdiyimiz kimi, dünən Bilgəh çimərliyində ölüm hadisəsi baş verib.

“unudulmaz.az"in məlumatına görə, “Şəbəkə” çimərliyində boğularaq ölən şəxsin hərbi qulluqçu olması müəyyənləşib.

Belə ki, saat 14 radələrində Bilgəh qəsəbəsinin ərazisində yerləşən Kardioloji sanatoriyanın yaxınlığındakı çimərlikdə Cəlilabad rayon sakini, Dövlət Sərhəd Xidmətinin giziri 1990-cı il təvəllüdlü Arif Balafər oğlu Əsədullayev çimərkən boğulub.

Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.