Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda “BMW” yandı - Video
 
						Bakıda “BMW” yandı 
							 - Video
Əlavə olunub: 07.12.2025 | 09:28 | Baxılıb: 1380
Bakının Xətai rayonu, N.Tusi küçəsində avtomobildə yanğın baş verib. 

“unudulmaz.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BMW” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.

Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.