Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.25.2025 | 19:44 | Baxılıb: 3148
Antalyanın Aksu, Qazipaşa, Manavqat və Muratpaşa rayonlarında meşə yanğınları tüğyan edir.

“unudulmaz.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın avqustun 9-da Antalyada konsert verməli olan tanınmış sənətçi Bülənt Ərsoyun villasına sıçrayıb.

Kundu rayonunun Güzeloba məhəlləsindəki villaya Antalya Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürənləri gələrək alovu söndürüb.

Məlumata görə, villada olan Bülənt Ərsoy təxliyə edilib.

Onun səhhətinin yaxşı olduğu bildirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.