Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
AKP-dən tarixi hadisə ilə bağlı - İlk açıqlama
 
						AKP-dən tarixi hadisə ilə bağlı 
							 - İlk açıqlama
Əlavə olunub: 07.11.2025 | 14:18 | Baxılıb: 2459
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik PKK-nın tərksilah olunmasına münasibət bildirib.

“unudulmaz.az” xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.

“Terrorsuz Türkiyə” siyasi prosesinə uyğun olaraq PKK-nın silahlarının məhv edilməsi/təhvil verilməsi prosesində ilk addım atıldı. Cənab Dövlət Baxçalının (MHP sədri - red.) tarixi çağırışı və dövlət başçımızın iradəsi ilə Türkiyənin terror yükündən xilas olması yolunda tarixi səhifə açıldı. “Terrorsuz Türkiyə” məqsədinə nail olmaq həm də yaxın bölgəmizin “terrordan azad zona” hədəfinə çatmasını təmin edəcək.

Möhtərəm Prezidentimizin tapşırığı ilə dövlət qurumları “Terrorsuz Türkiyə” məqsədinə nail olmaq üçün bütün sahələrdə, o cümlədən diplomatiya, kəşfiyyat, təhlükəsizlik sahələrində hərtərəfli səylərini davam etdirir”, - deyə, Çelik yazıb.

Xatırladaq ki, bu günə qədər onminlərlə insanın ölümünə səbəb olan PKK terror təşkilatı 27 noyabr 1978-ci ildə Diyarbəkirin Lice rayonunun Fis kəndində qurulub. Təşkilatın ilk hücumu 1984-cü il avqustun 15-i axşam saatlarında Siirtin Eruh və Hakkarinin Şəmdinli rayonlarında həyata keçirilmiş, nəticədə 1 əsgər şəhid olmuş, 9 əsgər və 3 mülki şəxs yaralanmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.