Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ Yəmənə zərbə endirdi - 68 ölü - Yenilənib
 
						ABŞ Yəmənə zərbə endirdi 
							 - 68 ölü - Yenilənib
Əlavə olunub: 04.28.2025 | 10:32 | Baxılıb: 1416
ABŞ Silahlı Qüvvələri Yəmənin şimal-qərbində yerləşən Saada şəhərinə zərbələr endirib.

“unudulmaz.az” xəbər verir ki, bu barədə məlumatı “Al Masirah” telekanalı yayıb. 

Zərbələr həmin şəhərdə Afrika ölkələrindən olan miqrantların saxlanıldığı mərkəzə endirilib. 

Telekanalın məlumatına görə, hücum zamanı azı 30 nəfər həlak olub, daha 50 nəfər isə xəsarət alıb. Yaralılardan çoxunun vəziyyəti ağırdır. 

Mərkəzdə hücum zamanı 100-dən çox miqrantın olduğu bildirilib.

***

Telekanalın məlumatına görə, zərbə nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.