“unudulmaz.az” xəbər verir ki, bu barədə “CBS News”a adı açıqlanmayan iki mənbə bildirib.
Qeyd olunub ki, M.Pezeşkian həmin vaxt ayağından xəsarət alıb, lakin ehtiyat qəza tuneli vasitəsilə partlayışın baş verdiyi yerdən uzaqlaşa bilib.
Xatırladaq ki, bir müddət “Fars” agentliyi Məsud Pezeşkianın ötən ay İsrailin hava zərbələri zamanı ayağından yaralandığını yazmışdı. Pezeşkian özü də amerikalı jurnalist Taker Karlsona müsahibəsində İsrail hakimiyyətinin ona sui-qəsd təşkil etməyə cəhd etdiyini, lakin bunun uğursuz olduğunu açıqlayıb.