“unudulmaz.az” “The Sun”a istinadən xəbər verir ki, 26 yaşlı Kolumbiya əsilli Qomez sosial şəbəkə hesabında müsəlmanların müqəddəs “Quran-i Kərim” kitabını yandırdığı görüntüləri paylaşıb.
O, paylaşımına “Texasda İslamı məhv edəcəyəm, seçkilərdə qalib gəlməyimə kömək edin” sözlərini əlavə edib.
Onun bu addımı istifadəçilərin kəskin etirazına səbəb olub.