Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.27.2025 | 19:57 | Baxılıb: 1103
ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərindəki “Annunciation”  katolik məktəbində atışma baş verib.

“unudulmaz.az” xəbər verir ki, bu barədə “NBC News”məlumat yayıb.

Minneapolis meri Ceykob Frey bildirib ki, hadisə yerinə təcili yardım qrupu göndərilib.

Minneapolis Polis Departamenti isə katolik məktəbindəki insident zamanı 3 nəfərin öldüyünü, 20 nəfərin isə yaralandığını açıqlayıb.

Atışmada şübhəli bilinən şəxsin intihar etdiyi bildirilir.

Hadisəyə ABŞ Prezidenti Donald Tramp da reaksiya verib. 

Tramp Ağ Evin bu dəhşətli hadisəni izləməyə davam edəcəyini bəyan edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.